Green Earth Təmizləmə
Green Earth Təmizləmə
Green Earth Təmizləmə

Green Earth Cleaning adından da məlum olduğu kimi dünyanın ən məşhur təbiət dostu olan quru təmizləmə üsuludur. Bunun səbəbi təmizlənmə üçün istifadə olunan həlledici mayelərin silikon əsaslı bir həll və bu həlledicinin verdiyi texnoloji təmizləmə üstünlüyüdür.
Ənənəvi quru təmizləmədə neft əsaslı həlledici maddələr istifadə olunur və təmizlik sonrasında parçalarda bir qədər saxlanıla bilər. Bu isə quru təmizləmədən sonra hiss edə biləcəyiniz bir qoxuya səbəb ola bilər. Maye silikon isə təmizləyicilər üçün mükəmməl daşıyıcı olan qoxusuz, rəngsiz bir həlledicidir. Beləliklə maye silikon təmizləmədən sonra parçalardan axıb gedir və hər hansı bir qoxu qalmır. Parça qulluğu üçün ən ideal xüsusiyyətlərə sahibdir və ən təbii ekologiya dostu olan təmizlik üsuludur.

Maye silikon həlledicidən istifadə edilərək həyata keçirilən Green Earth Cleaning ilə təmizlikdən sonra ortaya çıxan klassik quru təmizləmə qoxusu ilə sağollaşın və dünyanın ən məşhur təbiət dostu olan quru təmizləmə ilə tanış olun.

Green Earth silikon həllində təmizlik iki vacib səbəblə fərqlənir:

İlk olaraq, çox aşağı səth sərtliyi var və ağırlıq olaraq çox yüngüldür. Səth sərtliyi suyun parca üzərində köpüklənməsinə səbəb olan şeydir. GreenEarth-ün aşağı səth sərtliyi parça liflərinə daha təsirli şəkildə nüfuz etməsini təmin edər. Yüngüllüyünə görə silikon parçalar üzərində zədəni azaldaraq daha yumşaq bir şəkildə təmizləyir.

İkincisi, maye silikon təmizləmə sırasında tekstil parça və ya rənglərlə kimyəvi maddə olaraq reaksiyaya girmir. Bu parça liflərinin zədə görməsinin ən aza endirib, rəng çıxarma və rəng evakuasiyası ilə ənənəvi problemləri aradan qaldırır. Geyimlərin yumşaqlığının qorunmasına kömək olur və büzülmənin qarşısını alır.

Green Earth ilə daha çox geyim çeşidlərinizi güvənlə təmizləmək mümkündür. Həssas ipək, dəri örtmələr, muncuqlu, piləli, rəngli geyimlər, xüsusi düymələr və moda geyimləri güvənlə təmizlənə bilir.

Zəng Et

Bütün istək və suallarınızı bizə bildirmək üçün istədiyiniz zaman bizə zəng edə bilər, ya da e-mail göndərə bilərsiniz.

+994 (12) 598 7 888